Azərbaycanda X-XI siniflər üçün dərslər oktyabrın 15-də başlayacaq

Azərbaycanda X-XI siniflər üçün dərslər oktyabrın 15-də başlayacaq
# 29 avqust 2020 13:23 (UTC +04:00)

Azərbaycanda ümumi təhsilin tam orta təhsili səviyyəsi üzrə dərslərin əyani başlanma tarixi məlum olub.

APA-nın məlumatına görə, bu barədə Nazirlər Kabinetinin "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili barədə" qərarında bildirib.

Qeyd edilib ki, ümumi təhsilin tam orta təhsili səviyyəsi (X-XI siniflər) üzrə oktyabrın 15-dən etibarən dərslər başlayacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR