Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı açıqlanıb

Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı açıqlanıb
# 03 iyun 2020 19:24 (UTC +04:00)




“Bu gün ölkədə 2519 aktiv koronavirus xəstəsi var”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.

O bildirib ki, bu gün Sumqayıt şəhərindəki 1 saylı xəstəxana da artıq koronavirusa yoluxmuş xəstələr üçün ayrılıb: “Hər bir xəstəxananın cari xidmətdən ayrılaraq pandemiya xəstəxanasına çevrilməsi cari digər tibbi xidmət sahələrinə mənfi təsir göstərə bilər. Düzdür, indiyə qədər heç bir tibbi xidmət sahəsində gecikməyə yol verilməyib. Xəstəxanaların həm rəhbərləri, həm də həkimlər növbəli əsasda 24 saat işləyiblər. Həkimlər bu gün də fədakarlıqla çalışmaqdadırlar. Bir xəstənin 10-12 nəfərlik tibbi personala ehtiyacı var”.

TƏBİB-in İdarə Heyətinin sədri qeyd edib ki, aparılan statistik təhlillər Operativ Qərargaha müraciət edilməsinə səbəb olub: “Bu müraciət bu gün Operativ Qərargahın iclasında hökumət üzvləri ilə müzakirə edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR