Azərbaycanda aprelin 1-dək şəhərlər və rayonlararası sərnişindaşımanın dayandırılması qüvvədə qalır

Azərbaycanda aprelin 1-dək şəhərlər və rayonlararası sərnişindaşımanın dayandırılması qüvvədə qalır
  • Clock-gray 15:05
  • calendar-gray 16 Yanvar 2021

Xüsusi karantin rejiminin müddətində - 2021-ci il 1 aprel saat 06:00-dək şəhərlər və rayonlararası sərnişindaşımanın dayandırılması qüvvədə qalır. 

Bunu APA-ya açıqlamasında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. 

Qeyd edək ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilmiş karantin rejimində tətbiq edilən bəzi məhdudiyyətlərin aradan qaldırılması barədə” 16 yanvar 2021-ci il tarixi qərarına əsasən, 2021-ci il 25 yanvar saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində şəhərlər və rayonlararası hərəkətə icazə verilir.

İ. Məmmədov bunun şəhərlər və rayonlararası sərnişindaşımaya şamil olunmadığını bildirib.

Firuzə Vahid

Digər xəbərlər