Azərbaycanda avqustun 13-14-də qəbul imtahanı keçiriləcək - QRAFİK

Azərbaycanda avqustun 13-14-də qəbul imtahanı keçiriləcək - QRAFİK
# 07 avqust 2020 13:17 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 13 və 14 avqustda keçiriləcək qəbul imtahanlarının ikinci mərhələsinin qrafiki elan olunub.

DİM-dən APA-ya verilən məlumata görə, imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək. İmtahanlarda kütləviliyin və təmas hallarının qarşısını almaq məqsədilə hər ixtisas qrupu üzrə imtahan aşağıdakı qrafikə uyğun 2 gün ərzində keçiriləcək.

Cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun imtahan mərkəzində imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun imtahan mərkəzində imtahan verirlər.

13-14 avqust 2020-ci il tarixlərində:

• cari və əvvəlki illərin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanları;

• I-IV ixtisas qrupları üzrə:

– ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;

– qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) imtahanları keçiriləcək.

I-IV ixtisas qrupu üzrə sənəd verən abituriyentlərin blok imtahanları (həmçinin II və III ixtisas qrupu üzrə sənəd verənlərin əlavə xarici dil imtahanları ) tarixləri haqqında növbəti həftə məlumat veriləcək.

Tarix/İmtahan*

13.08.2020
İmtahanmərkəzləri(cəlbolunan rayonlar)

14.08.2020
İmtahan mərkəzləri (cəlb olunan rayonlar)

Cari və əvvəlki illərin məzunları üçün
II və III ixtisas qrupları üzrə
qəbul imtahanları

Nəsimi
Səbail
Nizami
Yasamal
Xətai
Xəzər
Sumqayıt (cari ilin məzunları)
Sumqayıtda yaşayan əvvəlki illərin məzunları Bakıda imtahan verəcək
Sumqayıt (Xızının cari və Xızıda yaşayan əvvəlki il məzunları Sumqayıtda imtahan verəcək)
Gəncə (Gəncə, Daşkəsən, Göygöl, Samux, Goranboy, Naftalan)
Qazax-Ağstafa (Qazax, Ağstafa, Tovuz)
Bərdə (Bərdə, Beyləqan, Tərtər, Xocavənd)
Göyçay (Göyçay, İsmayıllı, Ucar)
Lənkəran (Lənkəran, Astara, Lerik)
Salyan (Salyan, Neftçala, Biləsuvar (Mehdili istisna))
Sabirabad (Sabirabad, Mehdili kəndi, İmişli, Füzuli)
Şəki (Şəki, Oğuz, Qəbələ)
Xaçmaz (Xaçmaz, Şabran, Siyəzən)

Binəqədi
Pirallahı
Suraxanı
Nərimanov
Sabunçu
Qaradağ
Abşeron (cari ilin məzunları)
Abşeron (Abşeronda yaşayan əvvəlki illərin məzunları Bakıda imtahan verəcək)
Mingəçevir (Mingəçevir, Yevlax, Ağdaş)
Şəmkir (Şəmkir, Gədəbəy)
Ağcabədi (Ağcabədi, Ağdam)
Kürdəmir (Kürdəmir, Zərdab, Ağsu)
Masallı (Masallı, Yardımlı)
Cəlilabad (Cəlilabad)
Şirvan (Şirvan, Hacıqabul, Saatlı)
Zaqatala (Balakən, Zaqatala, Qax)
Quba (Quba, Qusar)
Şamaxı (Şamaxı, Qobustan)
Naxçıvan

I-IV ixtisas qrupları üzrə:
– ali və ya orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı;
– qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili).

*9 illik orta təhsil bazasından kolleclərə sənəd verən abituriyentlər də yuxarıda qeyd olunan əlavə xarici dil imtahanlarını verəcəklər

Xarici dilini və bölməsini dəyişən abituriyentlər bu imtahanlarını avqustun 14-də Bakı, Gəncə və ya Naxçıvan şəhərlərində verirlər. Abituriyentlər imtahandan bir neçə gün əvvəl çap edəcəkləri imtahana buraxılış vərəqəsində imtahan yeri ilə tanış olmalıdırlar

Qeydlər:

- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi rayona müvafiq imtahan mərkəzində imtahan verirlər.

- Sərtləşdirilmiş xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlara giriş-çıxışa məhdudiyyət qoyulduğu üçün imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur.

- İmtahana buraxılış vərəqələri imtahandan 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.

- Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə hazırlaşan abituriyentlər fənlər üzrə tapşırıq nümunələri ilə “Abituriyent” 1 jurnalında tanış ola bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR