Azərbaycanda bir gündə 355 nəfər COVID-19-dan sağalıb, 153 nəfər yoluxub, 6 nəfər vəfat edib

Azərbaycanda bir gündə 355 nəfər COVID-19-dan sağalıb, 153 nəfər yoluxub, 6 nəfər vəfat edib
# 31 yanvar 2021 17:01 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 153 yeni yoluxma faktı qeydə alınıb, 355 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ümumilikdə 230 219 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 223 215 nəfər müalicə olunaraq sağalıb, 3 132 nəfər vəfat edib, aktiv xəstə sayı 3772 nəfərdir.

Ölkədə son sutka ərzində 6330, hazırkı dövrədək isə 2 408 050 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR