Azərbaycanda bir gündə 4067 nəfər COVID-19-dan sağalıb, 1052 nəfər yoluxub, 34 nəfər vəfat edib

Azərbaycanda bir gündə 4067 nəfər COVID-19-dan sağalıb,  1052 nəfər yoluxub, 34 nəfər vəfat edib
# 30 dekabr 2020 17:02 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 052 yeni yoluxma faktı qeydə alınıb, 4067 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 34 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 217 636 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 180 295 nəfər müalicə olunaraq sağalıb, 2 609 nəfər vəfat edib, aktiv xəstə sayı 34 732 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 904, ötən müddət ərzində isə ümumilikdə 2 185 247 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR