Azərbaycanda bir gündə 4317 nəfər koronavirusdan sağalıb, 2961 nəfər yoluxub, 35 nəfər vəfat edib

Azərbaycanda bir gündə 4317 nəfər koronavirusdan sağalıb, 2961 nəfər yoluxub, 35 nəfər vəfat edib
  • Clock-gray 16:35
  • calendar-gray 20 Dekabr 2020

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2961 yeni yoluxma faktı qeydə alınıb, 4317 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 35 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 202088 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 139779 nəfər müalicə olunaraq sağalıb, 2210 nəfər vəfat edib, aktiv xəstə sayı 60099 nəfərdir.

Ölkədə son sutka ərzində 14515, hazırkı dövrədək isə 2063754 test aparılıb.

apa-logo-mini

Digər xəbərlər