Azərbaycanda bir gündə 47 nəfər COVID-19-dan vəfat edib, 4381 nəfər yoluxub, 3658 nəfər sağalıb

Azərbaycanda bir gündə 47 nəfər COVID-19-dan vəfat edib, 4381 nəfər  yoluxub, 3658 nəfər sağalıb
# 11 dekabr 2020 17:38 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4 381 yeni yoluxma faktı qeydə alınıb, 3 658 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 47 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 167 155 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 103 550 nəfər müalicə olunaraq sağalıb, 1 840 nəfər vəfat edib, aktiv xəstə sayı 61 765 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 16 282, ötən müddət ərzində isə ümumilikdə 1 918 866 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR