Azərbaycanda bir gündə 521 nəfərdə COVID-19 aşkarlanıb, 6 nəfər vəfat edib

Azərbaycanda bir gündə 521 nəfərdə COVID-19 aşkarlanıb, 6 nəfər vəfat edib
# 27 iyun 2020 17:47 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 521 yeni yoluxma faktı qeydə alınıb, 355 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 15890 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 8719 nəfər müalicə olunaraq sağalıb, 193 nəfər vəfat edib, 6978 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5646, ötən müddət ərzində isə ümumilikdə 461861 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR