Azərbaycanda bələdiyyələrin xəritəsi hazırlanır

Azərbaycanda bələdiyyələrin xəritəsi hazırlanır
# 10 mart 2021 10:50 (UTC +04:00)

Azərbaycan üzrə 1436 bələdiyyədən (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) 1310 bələdiyyənin xəritəsi hazırlanıb.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci ildə fəaliyyəti haqqında hesabatda əksini tapıb.

Sənəddə qeyd edilib ki, bunlardan 549 bələdiyyənin xəritəsi müvaviq olaraq rayon icra hakimiyyətləri və bələdiyyələrlə razılaşdırılıb və Milli Məclisə təqdim olunmaq üsün Prezident Administrasiyasına təhvil verilib. Həmçinin 31 bələdiyyənin xəritəsi Prezident Administrasiyasına təhvil verilməsi üçün hazırlanma, 730 bələdiyyənin xəritəsi isü müvafiq rayon (şəhər) icra hakimiyyətləri və bələdiyyələrlə razılaşdırma mərhələsindədir. 126 bələdiyyənin xəritəsinin hazırlanması üzrə işlər davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR