Azərbaycanda bəzi xəstəliklər üzrə peyvənd planı pandemiyaya görə tam yerinə yetirilməyib

Azərbaycanda bəzi xəstəliklər üzrə peyvənd planı pandemiyaya görə tam yerinə yetirilməyib
# 09 mart 2021 16:41 (UTC +04:00)

“2016-2020-ci illər üçün uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dais Tədbirlər Proqramı” çərçivəsində dünyanın inkişaf etmiş ölkələrində olduğu kimi, ölkəmizdə də peyvənd təqviminə uyğun olaraq uşaqların immunizasiya yolu ilə 11 xəstəlikdən müdafiəsi təmin edilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında əksini tapıb.

Məlumata əsasən, yeni doğulmuşların hepatit B əleyhinə vaksinlə təminatı 97.7 faiz, poliomielit əleyhinə vaksinlə 93.8 faiz, vərəm əleyhinə vaksinlə 93.7 faiz, pnevmokok əleyhinə, qızılca-parotiti məxmərək əleyhinə və göyöskürək –diteriya-tetanus-b tipli hemoflus inflüenza- hepatit B əleyhinə 5- komponentli vaksinlə isə COVID-19 pandemiyası ilə bağlı məhdudiyyətlər səbəbindən 58.9-66.2 faiz həddində yerinə yetirilib.

Aparılmış vaksinasiya tədbirləri nəticəsində peyvəndlərlə idarə olunan xəstəliklərin azaldılması üzrə stabil dinamika əldə olunub.

Belə ki, poliomilelit, difteriya, göyöskürək, epidemik parotit xəstəlikləri ölkədə qeydə alınmır, tetanus, qızılca və məxmərəx xəstəlikləri isə tək-tək hallarda baş verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR