Azərbaycanda daha 202 nəfər COVID-19-dan sağalıb, 93 nəfər yoluxub, 2 nəfər vəfat edib

Azərbaycanda daha 202 nəfər COVID-19-dan sağalıb, 93 nəfər yoluxub, 2 nəfər vəfat edib
# 12 avqust 2020 16:35 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 93 yeni yoluxma faktı qeydə alınıb, 202 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 33 824 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 31 058 nəfər müalicə olunaraq sağalıb, 497 nəfər vəfat edib, aktiv xəstə sayı 2 269 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 8 054, ötən müddət ərzində isə ümumilikdə 804 513 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR