Azərbaycanda daha 438 nəfərdə COVID-19 aşkarlanıb, 4 nəfər vəfat edib

Azərbaycanda daha 438 nəfərdə COVID-19 aşkarlanıb, 4 nəfər vəfat edib
# 19 iyun 2020 19:53 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 438 yeni yoluxma faktı qeydə alınıb, 133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 4 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 11767 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 6325 nəfər müalicə olunaraq sağalıb, 143 nəfər vəfat edib, 5299 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Azərbaycanda son sutka ərzində koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 6976 test aparılıb. Ölkədə indiyədək aparılmış koronavirus testinin sayı isə 410475-dir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR