Azərbaycanda daha 4426 nəfər COVID-19-a yoluxub, 1995 nəfər sağalıb, 41 nəfər vəfat edib

Azərbaycanda daha 4426  nəfər COVID-19-a yoluxub, 1995 nəfər sağalıb, 41 nəfər vəfat edib
# 01 dekabr 2020 14:42 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4426 yeni yoluxma faktı qeydə alınıb, 1995 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 41 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 125 602 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 76 897 nəfər müalicə olunaraq sağalıb, 1 433 nəfər vəfat edib, aktiv xəstə sayı 47 272 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 17 621, ötən müddət ərzində isə ümumilikdə 1 746 198 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR