Azərbaycanda daha bir məktəb COVID-19-a görə bağlanıb

Azərbaycanda daha bir məktəb COVID-19-a görə bağlanıb
# 08 aprel 2021 18:42 (UTC +04:00)

Oğuz şəhər 3 saylı məktəb-lisey COVID-19 virusuna görə bağlanıb.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, tədris ocağının 5 müəllimi və 2 texniki işçisində koronavirus aşkarlanıb.

Oğuz Rayon Təhsil Şöbəsinin müdiri Anar Məcidov APA-nın yerli bürosuna bildirib ki, bu səbəbdən məktəb aprelin 9-dan iki həftə müddətinə bağlanacaq, dərslər onlayın formatda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR