Azərbaycanda daha bir müəllim koronavirusdan vəfat edib

Azərbaycanda daha bir müəllim koronavirusdan vəfat edib
  • Clock-gray 10:29
  • calendar-gray 31 Mart 2021

Azərbaycanda daha bir müəllim koronavirusun qurbanı olub.

APA-nın yerli bürosunun məlumatına görə, Sumqayıtda bir müddət əvvəl koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilən 1972-ci il təvəllüdlü Nəzakət Hacıyeva dünyasını dəyişib.

N. Hacıyeva Sumqayıt şəhər 28 nömrəli məktəbin fizika müəllimi idi və onun çalışdığı təhsil müəssisəsi ötən gündən distant təhsilə keçib.

Qeyd edək ki, Sumqayıtda indiyədək 9 nəfər təhsil işçisi koronavirusdan vəfat edib.

Ramil Zeynallı

Digər xəbərlər