Azərbaycanda daha üç məktəb koronavirusa görə bağlanıb

Azərbaycanda daha üç məktəb koronavirusa görə bağlanıb
  • Clock-gray 10:52
  • calendar-gray 15 Mart 2021

Azərbaycanın şimal-qərb bölgəsində daha iki məktəb koronavirusa görə bağlanıb.

APA-nın yerli bürosunun məlumatına görə, Qax şəhər 4 və 2 saylı tam orta məktəbləri martın 15-dən distant təhsilə keçib.  

Buna səbəb məktəbdə müəllimlər arasında koronavirus xəstəliyinin (COVID-19) yayılmasıdır.

Dərslər 14 gün müddətində distant formada davam etdiriləcək.

Bundan başqa, Bakı şəhərində də bir məktəb koronavirus səbəbindən karantinə bağlanıb.

Xətai rayonu 27 nömrəli tam orta məktəbdə dərslər dayandırılıb, tədris distant formata davam etdiriləcək. 

Vüqar Heydərov

Digər xəbərlər