Azərbaycanda dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə və psixotrop maddələrin sayı artıb

Azərbaycanda dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə və psixotrop maddələrin sayı artıb
# 15 yanvar 2021 13:13 (UTC +04:00)

Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitə və psixotrop maddələrin sayı artıb.

APA-nın məlumatına görə, bu, “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında qanunda əksini tapıb.

Qanun layihəsinə əsasən, Azərbaycanda dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin siyahısına daha ikisi əlavə edilib:

- (1S, 5R, 13R, 17R) – 10, 14-dimetoksi-4-metil-12 oksa- azapentasiklo

- Propanidid.

Eyni zamanda Azərbaycanda dövriyyəsi məhdudlaşdırılan psixotrop maddələrin siyahısına daha ikisi əlavə edilib:

- N-hidroksi-2-(difenilmetilsulfinil) asetamid (adrafinil)

- Dekstrometorfan.

Həmçinin qanun layihəsinə əsasən, Azərbaycan Respublikası ərazisində dövriyyəsinə nəzarət edilən psixotrop maddələrin siyahısı artıb. Belə ki, daha 18 psixotrop maddə siyahıya əlavə edilib:

Eyni zamanda Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinı vı istehsalına lisenziya tələb olunan prekursorların sayı da artır.

Aşağıdakı prekursorların Azərbaycanda idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunması təklif edilir:

- Alfa-fenilasetoasetamid (APAA)

- Alfa-fenilasetonitril (APAAN)

- 4 – Anilino – N – fenetilpiperidin (ANPP)

- N-fenetil-4-piperidinon

- 3,4-MDP-2-P metil qlisidat (PMK glycidate)

- 3,4- MDP-2-P metil qlisidik turşusu (PMK glycidic acid).

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR