Azərbaycanda dərslərin həftədə 2 dəfə keçirilməsi təklif olunur

Azərbaycanda dərslərin həftədə 2 dəfə keçirilməsi təklif olunur
  • Clock-gray 17:40
  • calendar-gray 13 Avqust 2020

“Əgər ümumtəhsil məktəblərində tədrisin təşkili ilə bağlı qərar verilərsə, o zaman müəyyən çərçivədə, sanitar-gigiyenik qaydalar, tələblər gözlənilməklə, müəyyən şərtlər daxilində təlim-tədris prosesi davam edə bilər”. 

APA-nın məlumatına görə,  bunu Təhsil İnstitutunun direktor müavini, əməkdar müəllim Ənvər Abbasov deyib. Onun sözlərinə görə, təklif olunur ki, həftədə 2 gün dərs olsun: “Yəni, həftədə ardıcıl olaraq dərs keçirilməsin. Bu zaman saatlarda ixtisar olur. Xüsusən “narıncı” zonaya daxil olan rayonlarda, məsələn, I sinif üçün 6-7 saat dərs keçirilə bilər. XI sinif üçün isə 8 saat dərs keçilə bilər. “Narıncı” zonanın “sarı” zonadan fərqi var. “Sarı” zonada isə I siniflər üçün 11-12 saat dərs keçilə bilər”.

Əsmər Qabil

Digər xəbərlər