Azərbaycanda ezamiyyə xərclərinin 1 günlük norması müəyyən edilib

Azərbaycanda ezamiyyə xərclərinin 1 günlük norması müəyyən edilib
# 29 yanvar 2021 11:32 (UTC +04:00)

Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin 1 günlük norması Bakı şəhərində 90,0 manat, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində 70,0 manat, respublika tabeli digər şəhərlərdə, rayon mərkəzlərində, şəhər tipli qəsəbələrdə və kəndlərdə 65,0 manat müəyyən edilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Ezamiyyə xərclərinin normaları haqqında” qərarına edilən müvafiq dəyişiklikdə əksinitapıb.

Qərara əsasən, Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 80 faizini mehmanxana xərcləri təşkil edir.

Əvvəlki qərarda nəzərdə tutulan Azərbaycan Respublikasının ərazisində ezamiyyə zamanı mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər təqdim edilmədiyi hallarda, ezamiyyə xərclərinin 1 günlük normasının mehmanxana xərcləri üçün müəyyən edilmiş hissəsinin 50 faizinin ödənilməsi haqda maddə ləğv olunur.

Bundan sonra mehmanxana xərcləri barədə müvafiq təsdiqedici sənədlər olmadığı halda hesablamalar yuxarıdaki qaydada həyata keçəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR