Azərbaycanda hansı hallarda notariat hərəkətlərinə görə rüsum tutulmayacağı müəyyənləşir

Azərbaycanda hansı hallarda notariat hərəkətlərinə görə rüsum tutulmayacağı müəyyənləşir
# 15 yanvar 2021 13:24 (UTC +04:00)

Azərbaycanda notariat hərəkətlərinin aparılması üçün dövlət rüsumunun və haqqının tutulmasının xüsusiyyətləri müəyyənləşir.

APA-nın məlumatına görə, bu, “Notariat haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, notariat hərəkətlərinin aparılması üçün müraciət etmiş şəxsə verilməsi nəzərdə tutulmayan, o cümlədən notariat işinə əlavə edilməsi məqsədi ilə sənədlərin surətlərinin təsdiqinə, habelə digər notariat hərəkətlərinin aparılması çərçivəsində elektron informasiya sistemləri və ya ehtiyatları vasitəsi ilə əldə edilmiş məlumat və ya sənədlərin surətinin kağız daşıyıcılara keçirilərək təsdiqinə görə dövlət rüsumu və ya haqq, habelə notariat hərəkətləri ilə əlaqədar göstərilən xidmətə görə haqq tutulmur.

Qanun qəbul ediləcəyi halda 1 mart 2021-ci ildən qüvvəyə minəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR