Azərbaycanda hava limanı infrastrukturunda mühüm əhəmiyyətli obyektlər təsnifatlandırılıb

Azərbaycanda hava limanı infrastrukturunda mühüm əhəmiyyətli obyektlər təsnifatlandırılıb
# 17 fevral 2021 17:52 (UTC +04:00)

Azərbaycanda hava limanı infrastrukturunda mühüm əhəmiyyətli obyektlər təsnifatlandırılıb.

APA-nın məlumatına görə, bu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının təsdiqlədiyi “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb.

Qaydaya əsasən, mühüm əhəmiyyətli obyektlərin kateqoriyalanması prinsiplərinə və ICAO-nun “Mülki aviasiyanın qanunsuz müdaxilə aktlarından qorunmasına dair Rəhbərlik” (Doc 8973) sənədinə əsasən, hava limanının əsas mühüm əhəmiyyətli obyektləri aerovağzal binaları və sərnişin terminalları; hava gəmiləri; uçuş-enmə zolağı; texniki rabitə vasitələri; uçuşları idarəetmə mərkəzi; işıq siqnal sistemləri; aeronaviqasiya qüllələri; elektrik təchizatı sistemləri və transformatorlar; yanacaq doldurma kompleksləri və yük terminalı kimi təsnifatlandırılır.

Hava limanlarının istehsalat fəaliyyətindən asılı olaraq, mühüm əhəmiyyətli obyektlərin sayı artırıla və yaxud azaldıla bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR