Azərbaycanda icra məmurlarının sayı açıqlanıb

Azərbaycanda icra məmurlarının sayı açıqlanıb
# 04 sentyabr 2020 11:31 (UTC +04:00)

Azərbaycanda hazırda 600-ə yaxın icra məmuru çalışır.

APA-nın məlumatına görə, bunu Məhkəmə qərarlarının icrası işinin təşkilinə həsr olunan ictimai müzakirədə Ədliyyə Nazirliyinin İcra baş idarəsinin rəis müavini (rəis vəzifəsini icra edən) Fərid Əfəndiyev bildirib.

Onun sözlərinə görə, bu ilin birinci yarısının hesabatına əsasən, icraatda 700 mindən artıq iş olub: "İdarənin 71 yerli icra qurumu fəaliyyət göstərir, 3 ixtisaslaşmış qurum var. Bölgələrdə bir icra məmuruna təxminən 1000 iş düşsə də, böyük şəhərlərdə bu rəqəm daha çoxdur".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR