Azərbaycanda indiyədək 5662 nəfər koronavirusa yoluxub, 3508 nəfər sağalıb, 68 nəfər vəfat edib

Azərbaycanda indiyədək 5662 nəfər koronavirusa yoluxub, 3508 nəfər sağalıb, 68 nəfər vəfat edib
# 01 iyun 2020 18:36 (UTC +04:00)

Hazırkı dövrədək ölkəmizdə 5662 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3508 nəfər müalicə olunaraq sağalıb, 68 nəfər vəfat edib, 2086 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, həmin şəxslərdən 55 nəfərin vəziyyəti ağır, 69 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 302.933 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR