Azərbaycanda indiyədək 6260 nəfər koronavirusa yoluxub, 3665 nəfər sağalıb, 76 nəfər vəfat edib

Azərbaycanda indiyədək 6260 nəfər koronavirusa yoluxub, 3665 nəfər sağalıb, 76 nəfər vəfat edib
# 03 iyun 2020 19:10 (UTC +04:00)

Hazırkı dövrədək ölkədə 6260 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3665 nəfər müalicə olunaraq sağalıb, 76 nəfər vəfat edib, 2519 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, həmin şəxslərdən 61 nəfərin vəziyyəti ağır, 78 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 315.527 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR