Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində qanunvericilik təkmilləşdiriləcək

Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində qanunvericilik təkmilləşdiriləcək
  • Clock-gray 18:08
  • calendar-gray 22 İyul 2020

Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində qanunvericilik təkmilləşdiriləcək.

APA-nın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla təsdiqlənən “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı”nda əksini tapıb.

Nazirlər Kabinetinə 2020-2022-ci illərdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin, o cümlədən “İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasının tələbləri nəzərə alınmaqla, insan alverinə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsi barədə təkliflər hazırlanması tapşırılıb.

 

Firuzə Vahid

Digər xəbərlər