Azərbaycanda karantində 2914 nəfər var, 81 aktiv koronavirus xəstəsi həkim nəzarətindədir

Azərbaycanda karantində 2914 nəfər var, 81 aktiv koronavirus xəstəsi həkim nəzarətindədir
# 25 mart 2020 18:11 (UTC +04:00)

Hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 81 aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır.

APA-nın xəbərinə görə, bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumatda əksini tapıb.

Onlardan 3 nəfərinin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir. Həmin şəxslərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir.

Eyni zamanda ölkədə infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif karantin zonalarına yerləşdirilən 2914 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR