Azərbaycanda kişilərin hüquqları ilə əlaqədar qanunvericiliyə dəyişiklik təklif olunur

Azərbaycanda kişilərin  hüquqları ilə əlaqədar qanunvericiliyə dəyişiklik təklif olunur
  • Clock-gray 16:44
  • calendar-gray 29 Dekabr 2020

Azərbaycanda kişilərin hüquqları ilə əlaqədar qanunvericiliyə dəyişiklik edilməsi təklif olunur.

APA-nın məlumatına görə, bu, Milli Məclisin sabah keçiriləcək iclasında ilk dəfə təqdim ediləcək  “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

Sənəddə qeyd edilib ki, həyat yoldaşlarının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara verilən 14 günlük ödənişsiz məzuniyyətin ödənişli əsaslarla olması təklif edilir.

Eyni zamanda kişilərin və oğlanların əmək bazarında onların azlıq təşkil etdiyi sahələrə cəlb etmək, bu sahələrdə kişilərə və oğlanlara təsir göstərən gender stereotiplərini aradan qaldırmaq məqsədəuyğun sayılır.

Firuzə Vahid

Digər xəbərlər