Azərbaycanda koronavirusa qarşı vaksinasiya strategiyasının prinsipləri açıqlanıb

Azərbaycanda koronavirusa qarşı vaksinasiya strategiyasının prinsipləri açıqlanıb
# 16 yanvar 2021 11:15 (UTC +04:00)

“Koronavirusa qarşı vaksinasiyada könüllülük prinsipi əsas götürüləcək”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Vaksinasiya strategiyası barədə məlumat verən Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayev bildirib.

T. Musayev deyib ki, strategiyada növbəti prinsiplər təhlükəsizlik, şəffaflıq, mərhələlik, ədalətlilik, məsuliyyət və əməkdaşlıqdır: “Əsas hədəf epidemioloji vəziyyətin sabitləşdirilməsi, xəstələnmə və ölüm hallarının azaldılmasıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR