Azərbaycanda koronavirusa yoluxan 5246 nəfərdən 3327-si sağalıb, 61 nəfər vəfat edib

Azərbaycanda koronavirusa yoluxan 5246 nəfərdən 3327-si sağalıb, 61 nəfər vəfat edib
# 30 may 2020 17:42 (UTC +04:00)

Hazırkı dövrədək ölkəmizdə 5246 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 3327 nəfər müalicə olunaraq sağalıb, 61 nəfər vəfat edib.

Nazirlər Kabineti yanında OPerativ Qərargahdan APA-ya verilən xəbərə görə, 1858 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 58 nəfərin vəziyyəti ağır, 68 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 294.264 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR