Azərbaycanda koronavirusla əlaqədar 45 mindən artıq test aparılıb, 4369 nəfər karantindədir

Azərbaycanda koronavirusla əlaqədar 45 mindən artıq test aparılıb, 4369 nəfər karantindədir
# 06 aprel 2020 15:35 (UTC +04:00)

Azərbaycanda ötən müddət ərzində koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 45 mindən artıq test aparılıb.

APA-nın xəbərinə görə, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün yaydığı məlumatda bildirilir.

Məlumatda deyilir ki, ölkədə müxtəlif karantin zonalarına yerləşdirilən 4369 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir.

Qeyd edək ki, indiyədək Azərbaycanda 641 nəfərdə koronavirus aşkarlanıb, 44 sağalıb, 7 nəfər vəfat edib, 590 nəfərin müalicəsi davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR