Azərbaycanda koronavirusu aşkarlayan 10 yeni avtomatlaşdırılmış laboratoriya qurulacaq

Azərbaycanda koronavirusu aşkarlayan 10 yeni avtomatlaşdırılmış laboratoriya qurulacaq
# 22 may 2020 17:29 (UTC +04:00)

“Hökumət tərəfindən 10 yeni avtomatlaşdırılmış laboratoriyanın qurulması barədə qərar verilib”.

APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, yaxın günlərdə bu laboratoriyaların qurulmasına başlanacaq: “Ölkəmizdə hazırda 1 milyon nəfərə 25 minə qədər test düşür”.

Yeni laboratoriyalar test aparmaq imkanlarını artıracaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR