Azərbaycanda körpələrin ana südü ilə qidalanma göstəricisi açıqlanıb

Azərbaycanda körpələrin ana südü ilə qidalanma göstəricisi açıqlanıb
# 24 fevral 2021 11:16 (UTC +04:00)

Səhiyyə Nazirliyi uşağın düzgün inkişafını təyin edən göstəriciləri açıqlayıb.

APA xəbər verir ki, Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova bildirib ki, ana südü ilə qidalanmanın erkən başlanması (həyatın birinci saatı ərzində) göstəricisi Azərbaycanda körpələr arasında cəmi 42%-dir ( 3 ayadək ana südü ilə qidalanma): "Ölkədə bu rəqəmlərin daha da çox olması üçün UNİCEF ilə birgə layihələr həyata keciririk. 6 ayadək yalnız ana südü ilə qidalanma göstəricisi Azərbaycanda 28%-dir”.

Həkimin sözlərinə görə, həyatının ilk bir saatı ərzində ana südü (ağız südü/molozivo) ilə əmizdirilən uşaqlarda neonatal (həyatının ilk ayı) dövrdə infeksion xəstəliklərə tutulması riski 17%, neonatal dövrdə ölüm riski isə 30%-dək azalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR