Azərbaycanda müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcmi 44.9 faiz artıb

Azərbaycanda müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcmi 44.9 faiz artıb
  • Clock-gray 15:34
  • calendar-gray 09 Mart 2021

Hesabat ilində Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən 9.1 mln manat məbləğində mülki və ya ikili təyinatlı məhsullar istehsal edilib.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatında əksini tapıb.

Məlumata əsasən, koronavirus pandemiyası səbəbindən proqnoz tapşırığına 81.5 faiz əməl edilib. Bu da əvvəlki illə müqayisədə 16.5 faiz azdır. 

Hesabat ilində bir sıra xarici ölkələrə Azərbaycan istehsalı olan hərbi məhsullar ixrac edilib. Hesabat dövründə ixrac üçün istehsal edilmiş məmulatların həcmi kooperasiya nəzərə alınmaqla 206.4 mln manat, o cümlədən mülki məhsullar üzrə 1.1 mln manat vəsait təşkil edib.

2020-ci ildə Müdafiə Sənayesi Nazirliyinin müəssisələri tərəfindən istehsalın ümumi həcmi 368.8 mln manat (ƏDV-siz) təşkil edib ki, bu da 2019-cu illə müqayisədə 42.4 faiz çoxdur. Əvvəlki ilə nisbətən müdafiə və xüsusi təyinatlı məmulatların istehsal həcminin artımı 111.4 mln manat və ya 44.9 faiz olub. Bütövlükdə istehsal olunan məhsulun 359.7 mln manatını (97.5 faizi) müdafiə və xüsusi təyinatlı məmulatlar, 4.1 mln manatını (2.5 faizi) isə mülki təyinatlı məhsullar təşkil edib.

Hesabat dövründə nazirlik üzrə büdcəyə 18.1 mln manat, DSMF-yə 7.8 mln manat, işsizlik müavinəti üzrə isə 320.5 min manat vəsait ödənilib. 

Əsmər Qabil

Digər xəbərlər