Azərbaycanda mülki aviasiya obyektlərində təhlükəsizlik sisteminin zəifliyi qiymətləndiriləcək

Azərbaycanda mülki aviasiya obyektlərində təhlükəsizlik sisteminin zəifliyi qiymətləndiriləcək
  • Clock-gray 17:53
  • calendar-gray 17 Fevral 2021

Azərbaycanda mülki aviasiya obyektlərində təhlükəsizlik sisteminin zəifliyi qiymətləndiriləcək.

APA-nın məlumatına görə, bu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Kollegiyasının təsdiqlədiyi “Mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması Metodikası”nda əksini tapıb. 

Metodikada bildirilir ki, mülki aviasiya obyektlərinin zəifliyinin qiymətləndirilməsi onların qanunsuz müdaxilə aktlarından müdafiə olunması səviyyəsinin müəyyən edilməsi məqsədilə aparılır.

Mülki aviasiya obyektlərinin zəifliyinin qiymətləndirilməsi dörd mərhələdən ibarətdir - mülki aviasiya obyektlərinin fəaliyyətinin texniki, texnoloji və təşkilati xüsusiyyətlərinin öyrənilməsi; mülki aviasiya obyektlərinin qanunsuz müdaxilə aktlarından müdafiə olunması üzrə tədbirlərin öyrənilməsi və bu tədbirlərin mövcud tələblərə uyğun olub-olmamasının qiymətləndirilməsi; mülki aviasiya obyektlərinin fəaliyyətinə qanunsuz müdaxilə aktlarının həyata keçirilməsi imkanlarının öyrənilməsi; mülki aviasiya obyektlərinin qanunsuz müdaxilə aktlarından qorunması üzrə zəruri əlavə təhlükəsizlik tədbirlərinə dair tövsiyələrin hazırlanması.

Mülki aviasiya obyektlərinin zəifliyinin qiymətləndirilməsi nəticəsində zəifliyin səviyyəsi müəyyən edilir - zəiflik aşağıdır: mövcud müdafiə sistemi potensial təhlükələri dəf edir və obyektə ziyanın vurulmasının qarşısını alır; zəiflik ortadır: mövcud müdafiə sistemi potensial təhlükələri lazımi səviyyədə dəf edə bilmir və obyektə ziyanın vurulması mümkündür; zəiflik yüksəkdir: mövcud müdafiə sistemiminin potensial təhlükələrin qarşısını almaq imkanları çox aşağıdır.

Günay Elşadqızı

Digər xəbərlər