Azərbaycanda ən yüksək uzunömürlülük dağlıq və dağətəyi ərazilərdədir

Azərbaycanda ən yüksək uzunömürlülük dağlıq və dağətəyi ərazilərdədir
  • Clock-gray 15:03
  • calendar-gray 18 Fevral 2021

“Yaşı 65 və daha çox olan insanların daxil olduğu yaş kateqoriyasının xüsusi çəkisi get-gedə artır. 2050-ci ildə dünyada 2 milyard insan 60+ yaş kateqoriyasına aid olacaq”. 

APA-nın məlumatına görə, bu, akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunun direktoru, biologiya elmləri doktoru, professor Ulduz Həşimova “Azərbaycanda herontoloji tədqiqatlara dair” adlı məqaləsində yer alıb. 

O bildirib ki,  proqnozlara görə, yaxın gələcəkdə 80+ yaş kateqoriyasından olanların sayı 5 yaşadək olan uşaqların sayına bərabər olacaq. O planetin getdikcə qocaldığını bildirib. 

U.Həşimova Azərbaycanda sağlam qocalmanın sirrlərinin öyrənilməsi istiqamətində aparılan tədqiqatlar zamanı ən yüksək uzunömürlülük indekslərinə dağlıq və dağətəyi ərazilərdə rast gəlindiyini vurğulayıb.

Professor onu da qeyd edib ki, tibbi-bioloji müayinələr zamanı uzunömürlülərdə və onların yaxın qohumlarında ürək-damar, sinir, psixo-fiziloji sferada yaşla əlaqədar xəstəliklər və patoloji hallara az rast gəlinir.

 

Əsmər Qabil

Digər xəbərlər