Azərbaycanda nazir vəzifəsində bir, nazir müavini vəzifəsində səkkiz qadın çalışır

Azərbaycanda nazir vəzifəsində bir, nazir müavini vəzifəsində səkkiz qadın çalışır
# 29 dekabr 2020 16:21 (UTC +04:00)

Azərbaycanda dövlətin idarə olunmasında və qərarların qəbul edilməsində qadınların təmsilçiliyi ilə bağlı irəliləyişlər əldə olunub.

APA-nın məlumatına görə, bu, Milli Məclisin sabah keçiriləcək iclasında ilk dəfə təqdim ediləcək “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının illik məlumatı”nda əksini tapıb.

2019-cu ilin statistikasına əsasən, icra hakimiyyəti orqanlarında 1 nəfər qadın nazir vəzifəsinə təyin edilib, nazir müavini olan qadınların sayı 3 nəfərdən 8 nəfərə yüksəlib, 3 səfir və 1 konsul da qadındır.

Sənəddə qeyd edilib ki, əksər yerli icra hakimiyyəti başçılarının müavinlərindən biri qadındır. 2013-cü ildə bu rəqəm 35 idisə, 2019-cu ildə bu göstərici 76 nəfərə çatıb.

Qeyd edək ki, qadın nazir Natavan Qədimova Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziridir.

Xatırladaq ki, illik məlumatı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hazırlayıb. Məlumatı Milli Məclisdə Dövlət Komitəsinin sədri Bahar Muradova təqdim edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR