Azərbaycanda övladlığa verilən uşaqların sayı açıqlanıb

Azərbaycanda övladlığa verilən uşaqların sayı açıqlanıb
# 23 sentyabr 2020 12:03 (UTC +04:00)

Ötən il noyabrın 1-dən, yəni övladlığa götürmə səlahiyyətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilən gündən indiyə qədər 20 uşaq övladığa verilib.

APA-nın məlumatına görə, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Facebook” səhifəsindəki canlı yayımda Sosial Xidmətlər Agentliyinin Övladlığagötürmə və valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev bildirib.

Onun sözlərinə görə, həmin uşaqlardan 13-ü oğlan, 7-si qızdır. Həmin uşaqlardan 4-ü ögey ana-ata tərəfindən, 12-si yaxın qohumun övladlığa götürməsi ərizəsi ilə olan müraciət əsasında övladlığa götürülüb. Bir uşaq valideynlər arasında razılıq əsasında övladlığa verilib, 3 uşaq isə müəssisədən övladlığa götürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR