Azərbaycanda peyvənd olunanların sayı 536 mini keçib

Azərbaycanda peyvənd olunanların sayı 536 mini keçib
# 30 mart 2021 12:39 (UTC +04:00)

Martın 29-da Azərbaycanda yeni koronavirus (COVID-19) infeksiyasına qarşı 28 926 nəfər vaksinasiya olunub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 536 871 nəfər peyvəndlənmə prosesində iştirak edib.

Vaksinasiya respublikamızın bütün rayonlarında uğurla davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR