Azərbaycanda piratçılığın səviyyəsi açıqlanıb

Azərbaycanda piratçılığın səviyyəsi açıqlanıb
  • Clock-gray 12:56
  • calendar-gray 22 Fevral 2021

Aidiyyəti dövlət qurumları ilə görülən birgə tədbirlərin nəticəsi olaraq 2005-ci illə müqayisədə piratçılığın səviyyəsi kitab satışı sahəsində 61%-dən 22%-ə, audio-video məhsul bazarında 90%-dən 57%-ə, proqram təminatında 96%-dən 71%-ə düşüb.

APA-nın xəbərinə görə, bu barədə Əqli Mülkiyyət Agentliyinin ötən ilki hesabatında qeyd edilib.

Ötən il mədəni irsin qorunması və erməni plagiatına qarşı mübarizə tədbirləri hesabat ilində diqqət mərkəzində saxlanılıb, maddi və qeyri-maddi mədəni irs nümunələrimizə iddiaların qarşısının alınması istiqamətində müvafiq işlər görülərək, müəlliflərin pozulmuş hüquqları bərpa edilib.

İl ərzində digər hüquq pozuntularının da aradan qaldırılması diqqətdə saxlanılıb, zəruri tədbirlər həyata keçirilib, həmçinin erməni saxtakarlıqlarını ifşa edən tədbirlərin davamı olaraq, qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlığının və uydurmalarını ifşa edən “Erməniçilik uydurmaları digər xalqların hüquqlarına xələl gətirir”, “Армянский геноцид” или армянский террор?”, “Öz-özünü təkzib edən “erməniçiliyin 4 müəllif hüququ”, “Erməni müəlliflərinin kitablarındakı uydurmalara “müəlliflik hüququ” və s. kitabçalar müxtəlif dillərdə nəşr edilib.

Mirmehdi Ağaoğlu

Digər xəbərlər