Azərbaycanda qalan 365 Rusiya vətəndaşı ölkələrinə yola salınıb

Azərbaycanda qalan 365 Rusiya vətəndaşı ölkələrinə yola salınıb
# 03 dekabr 2020 17:12 (UTC +04:00)

Koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşlarının dayandırılması səbəbindən ölkəmizdə qalan 365 Rusiya vətəndaşının ölkələrinə keçidi təmin olunub.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Rusiya Federasiyasının ölkəmizdəki səfirliyində qeydiyyatda olan qonşu ölkənin vətəndaşlarının bu gün “Samur” sərhəd keçid məntəqəsindən ölkələrinə qayıtması təmin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR