Azərbaycanda qalan daha 272 Rusiya vətəndaşı ölkəsinə yola salınıb

Azərbaycanda qalan daha 272 Rusiya vətəndaşı ölkəsinə yola salınıb
  • Clock-gray 19:35
  • calendar-gray 01 Fevral 2021

Azərbaycanda qalan daha 272 Rusiya vətəndaşı ölkələrinə yola salınıb.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Dağıstanın Milli Siyasət və Dini İşlər naziri vəzifəsini icra edən Enrik Müslümov bildirib.

"Bu gün Azərbaycanın Dağıstanla dövlət sərhədindən 272 Rusiya vətəndaşını qəbul etdik. Onlar iki həftə boyunca təcrid olunacaq", nazir bildirib.

O deyib ki, gələnlər arasında Dağıstan sakinləri var və onlar  evlərinə göndərilib. Bu şəxslər yaşadıqları yerdə özlərini izolyasiya edəcək.

Qeyd edək ki, Azərbaycan hər iki ölkədə koronavirusa yoluxanların sayının artması səbəbindən 2021-ci il martın 1-dək Rusiya ilə quru sərhədini bağlayıb.

Zümrüd Paşkin

Digər xəbərlər