Azərbaycanda retro avtomobillərdən yol hərəkəti təhlükəsizliyinin təbliğində istifadə ediləcək

Azərbaycanda retro avtomobillərdən yol hərəkəti təhlükəsizliyinin təbliğində istifadə ediləcək
  • Clock-gray 17:55
  • calendar-gray 02 İyun 2020

Retro, idman və elektrik mühərriki ilə çalışan avtomobillərdən yol hərəkəti təhlükəsizliyinin təbliği işində istifadə ediləcək.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin sərəncamı ilə təsdiqlənən “Yol hərəkətinin təhlükəsizliyi sahəsində təbliğat-təşviqat işinin təşkili ilə bağlı 2020-2023-cü illər üçün Tədbirlər Planı”nda əksini tapıb.

Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi, Azərbaycan Avtomobil Federasiyası, Milli Televiziya və Radio Şurası mütəmadi olaraq bu tədbirlərin keçirilməsini təmin etməlidir.

 

apa-logo-mini

Digər xəbərlər