Azərbaycanda rəsmi işsizlərin sayı açıqlanıb

Azərbaycanda rəsmi işsizlərin sayı açıqlanıb
# 21 yanvar 2020 18:13 (UTC +04:00)

Bu ilin yanvarın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən, iqtisadi fəal əhalinin sayı 5 190,1 min nəfər olub, onlardan 4 938,5 min nəfərini məşğul əhali təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1,11%, məşğul əhalinin sayı isə 1,21% artıb.

2020-ci il yanvar ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanlarında qeydiyyata alınan işsiz şəxslərin sayı 81,3 min nəfər olub, onların 37,7%-ni qadınlar təşkil edib. İşsizlikdən sığorta ödənişinin orta məbləği 276,4 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR