Azərbaycanda son sutka ərzində koronavirusla bağlı 4934 test keçirilib

Azərbaycanda son sutka ərzində koronavirusla bağlı 4934 test keçirilib
# 29 may 2020 18:23 (UTC +04:00)

Bu gün Azərbaycanda koronavirusla bağlı keçirilən test sayı 4934 olub.

APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

Onun sözlərinə görə, ölkədə ümumilikdə koronavirusla bağlı keçirilən test sayı 289 603-dür.

“Ölkədə 230 yeni yoluxma faktı aşkarlanıb. 1950 və 1948-ci il təvəllüdlü 2 xəstə vəfat edib. Ümumilikdə 4989 yoluxma qeydə alınıb. İndiyə qədər 58 nəfər vəfat edib. Hazırda xəstəxanalarda 1806 nəfər aktiv xəstənin müalicəsi davam etdirilir. Hazırda 79 nəfər reanimasiyda mülaicə alır, 21 nəfər süni tənəffüs aparıtan qoşulşub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR