Azərbaycanda son sutkada 106 nəfər COVID-19-dan sağalıb, 74 nəfər yoluxub, 3 nəfər vəfat edib

Azərbaycanda son sutkada 106 nəfər COVID-19-dan sağalıb, 74 nəfər yoluxub, 3 nəfər vəfat edib
# 15 fevral 2021 18:34 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 74 yeni yoluxma faktı qeydə alınıb, 106 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 232 197 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 226 760 nəfər müalicə olunaraq sağalıb, 3 183 nəfər vəfat edib, aktiv xəstə sayı 2 254 nəfərdir.

Ölkədə son sutka ərzində 4 160, hazırkı dövrədək isə 2 506 005 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR