Azərbaycanda son sutkada 1690 nəfər COVID-19-a yoluxub, 713 nəfər sağalıb, 19 nəfər vəfat edib

   Azərbaycanda son sutkada 1690 nəfər COVID-19-a yoluxub, 713 nəfər sağalıb, 19 nəfər vəfat edib
  • Clock-gray 16:52
  • calendar-gray 27 Mart 2021

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1690 yeni yoluxma faktı qeydə alınıb, 713 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 19 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 254 370 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 235 606 nəfər müalicə olunaraq sağalıb, 3 464 nəfər vəfat edib, aktiv xəstə sayı 15 300 nəfərdir.

İndiyədək ölkədə 2 826 454, son sutkada isə 9 670 test aparılıb.

 

 

apa-logo-mini

Digər xəbərlər