Azərbaycanda son sutkada 191 nəfər COVID-19-dan sağalıb, 140 nəfər yoluxub, 2 nəfər vəfat edib

Azərbaycanda son sutkada 191 nəfər COVID-19-dan sağalıb, 140 nəfər yoluxub, 2 nəfər vəfat edib
  • Clock-gray 15:31
  • calendar-gray 16 Fevral 2021

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 140 yeni yoluxma faktı qeydə alınıb, 191 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 232 337 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 226 951 nəfər müalicə olunaraq sağalıb, 3 185 nəfər vəfat edib, aktiv xəstə sayı 2 201 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 631, ötən müddət ərzində isə ümumilikdə 2 513 636 test aparılıb.

 

apa-logo-mini

Digər xəbərlər