Azərbaycanda son sutkada 2383 nəfər COVID-19-dan sağalıb, 799 nəfər yoluxub, 26 nəfər vəfat edib

Azərbaycanda son sutkada 2383 nəfər COVID-19-dan sağalıb, 799 nəfər yoluxub, 26 nəfər vəfat edib
# 06 yanvar 2021 16:34 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 799 yeni yoluxma faktı qeydə alınıb, 2383 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 26 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 222 200 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 201 596 nəfər müalicə olunaraq sağalıb, 2818 nəfər vəfat edib, aktiv xəstə sayı 17 786 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 9 364, ötən müddət ərzində isə ümumilikdə 2 231 993 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR