Azərbaycanda son sutkada 3705 nəfər COVID-19-a yoluxub, 4210 nəfər sağalıb,42 nəfər vəfat edib

Azərbaycanda son sutkada 3705 nəfər COVID-19-a yoluxub, 4210 nəfər sağalıb,42 nəfər vəfat edib
# 19 dekabr 2020 15:28 (UTC +04:00)

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3705 yeni yoluxma faktı qeydə alınıb, 4210 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 199127 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 135462 nəfər müalicə olunaraq sağalıb, 2175 nəfər vəfat edib, aktiv xəstə sayı 61490 nəfərdir.

Ölkədə son sutka ərzində 17931, hazırkı dövrədək isə 2049239 test aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR